İran sərhədinə doğru yeni yolun və sərhəddə körpünün tikintisi sürətlə davam etdirilir
25.05.2022 [16:38]
Xəbərin mətni
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin və dövlət sərhədində yeni avtomobil körpüsünün tikintisi davam edir.
Layihə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204 -cü kilometrlik hissəsindən başlayaraq 3.05 km-lik hissəsini əhatə edir.
I texniki dərəcəyə uyğun olaraq inşa edilən, eni 26.5 metr, ayrıcı zolağın eni 4 metr, hər birinin eni 3.75 metr olmaqla 4 hərəkət zolaqlı olan yolun çiyinlərinin eni 3.75 m təşkil edir.