Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləsuvarda Əliabad-Xırmandalı-Bəydili kəndlərini birləşdirən avtomobil yoluna asfalt örtük vurulur

26.05.2022 [17:56]

Xəbərin mətni

Regionlarda yol infrastrukturunun müasir standartlara uyğun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Dövlət başçısının Sərəncamına uyğun olaraq Biləsuvarın Əliabad-Xırmandalı-Bəydili kəndlərini birləşdirən 11 kilometrlik avtomobil yolunun əsaslı tikinti işləri davam etdirilir.