Azərbaycan Dövlət İnformasiya Agentliyi

Horadiz-Ağbənd dəmir yolunun ikinci mərhələsi üzrə işlər sürətlə davam edir

31.05.2022 [13:19]

Xəbərin mətni

Uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolunda tikinti işləri sürətli davam etdirilir. Polad yolun tikintisi üç mərhələ üzrə həyata keçirilir. Artıq ikinci mərhələdə işlər görülür. Bu, ən mühüm mərhələ sayılır. İkinci mərhələnin başlanğıcı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təməlini qoyduğu Soltanlı stansiyasından başlayır.