Azərbaycan Dövlət İnformasiya Agentliyi

BP ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti çərçivə sazişi imzalayıb

02.06.2022 [14:21]

Xəbərin mətni

Bakı Enerji Forumu çərçivəsində BP şirkəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında çərçivə sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və ADNSU-nun rektoru Mustafa Babanlı imzalayıb.