Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişli rayonunda 43.5 kilometr uzunluğa malik yollar yenidən qurulur

03.06.2022 [16:38]

Xəbərin mətni

Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması və tikintisi layihələri çərçivəsində yol infrastrukturu layihələrinin icrası davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İmişli rayonunda da bu layihələr çərçivəsində cari ildə Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 71-ci kilometrindən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli avtomobil yolu yenidən qurulur.