İDMAN


“Turan Tovuz” futbol klubu yenidən Azərbaycan Premyer liqasinda iştirak edəcək

Tovuzda futbol ənənəsi artıq 100 illik tarixə malikdir. Almanların 1912-ci ildən etibarən bu rayonda məşhurlaşdırdığı futbol tovuzluların sevimli məşğuliyyətinə çevrilib. Təsadüfi deyil ki, sovet dönəmində tovuzlular SSRİ yüksək liqasında “Neftçi” və “Dinamo”nun heyətində çıxış ediblər. “Məhsul” komandası 1957-ci ildə ilk dəfə olaraq ölkə kubokunu Bakıdan qırağa, yəni Tovuza gətirmişdi.
9 il bundan əvvəl maliyyə çətinlikləri səbəbindən Premyer liqada mübarizəsini dayandıran “Turan Tovuz” klubu bu mövsümdən yenidən Azərbaycan Premyer liqasinda iştirak edəcək.