İQTİSADİYYAT


Kürdəmirdə əkin sahələrinin suvarılması davam edir, suvarma kanalları lildən təmizlənir

Kürdəmirdə əkin sahələrinin suvarılması davam edir, suvarma kanalları lildən təmizlənir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kürdəmir rayonunda suvarılmanın mütəşəkkil aparılması və su istifadəçilərini suvarma suyu ilə tam təmin etmək məqsədi ilə Kürdəmir Suvarma Sistemləri idarəsi tərəfindən meliorativ tədbirlər uğurla davam etdirilir. Bunun üçün 2022-ci ildə xidməti ərazidə olan rayonun 58 kənd və 3 qəsəbəsinin 69526 hektar suvarılan ərazisindəki kənd təsərrüfatı əkinlərinin və həyətyanı sahələrinin suvarılması nəzərdə tutulub.