İQTİSADİYYAT


Xaçmazda gilas yığımı başladı, məhsul Rusiya bazarlarına göndərilir

İyun ayı Xaçmaz rayonunda gilas yığımının ən qızğın çağıdır. Bağ sahibləri gilasın tezyetişən sortlarının yığılmasını artıq başa çatdırıblar. Hazırda isə gilasın kütləvi yığımına başlanılıb. Yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da göndərilir.