İQTİSADİYYAT


İndiyədək 262 min hektar şoran torpaq əkinəyararlı hala gətirilib

1994-cü ildə yaradılan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin əsas məqsədi Kür-Araz ovalığından qrunt sularını Baş Mil-Muğan Kollektoru vasitəsilə maneəsiz öz axımı ilə Xəzər dənizinə axıtmaqdır. Eyni zamanda kollektorun su tullayıcı qabiliyyəti də mövcuddur. Belə ki, kollektor daşqınlar və su basmalar zamanı artıq suları Xəzər dənizinə sərbəst şəkildə axıdır. İdarə tərəfindən kollektor vasitəsi ilə hər il dənizə 1 milyard 300 milyon kubmetr su axıdılır. Ötən il idarə üzrə bu rəqəm 1 milyard 650 milyon kubmetr olub. Həmin suların tərkibində minerallıq 5-6 milli qram litr təşkil edib. Atılan duzun miqdarı isə 9 milyon 800 ton olub.