İQTİSADİYYAT


Kəndli çəkdiyi zəhmətin bəhrəsini görür – Göyçayda taxıl biçinindən reportaj

Göyçayda taxıl biçininə start verilib. Bölgədə mühüm strateji məhsul olan taxılın vaxtında və itkisiz yığılması üçün hüquqi və fiziki şəxslərə məxsus 46 kombayn biçin prosesinə cəlb edilib.
AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə daha tez yetişən arpa sahələri biçilir. Hələlik hər hektardan orta hesabla 35 sentner arpa götürülür. Bu da taxılçıları qane edir.