İQTİSADİYYAT


Göyçaylı kümçü: Kənd yerində 40 gündə çəkdiyin əziyyətin bəhrəsini görmək, gəlir götürmək çox sərfəlidir

İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Göyçayda da baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərib. Rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi üçün böyük potensial var. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.