İQTİSADİYYAT


İstifadə edilməyən torpaqlar yararlı hala salınaraq əkin işləri aparılır - hər hektardan 65 sentner taxıl götürülüb

Şəmkir rayonunun Ceyrançöl massivində uzun müddət istifadə edilməyən torpaqlar yararlı hala salınaraq əkin işləri aparılıb. Burada taxıl, qarğıdalı, soya, şəkər çuğunduru sahələri salınaraq yüksək məhsuldarlıq əldə edilir. Hazırda taxıl biçini prosesi davam edir, məhsuldarlıq isə yüksəkdir.
AZƏRTAC xəbər verir ki, Ceyrançölün ucsuz-bucaqsız bu sahələri vaxtilə istifadəsiz torpaqlar olub. Artıq 3 ildir ki, burada aparılan düzgün aqrotexniki qulluq nəticəsində torpaq məhsuldar hala gətirilib. Bu il əkilən taxıl sahəsi də məhsuldarlığı ilə seçilir. Bir hektardan təxminən 65 sentner məhsul götürülür.