İQTİSADİYYAT


Beyləqanda 17 min əhalinin istifadə etdiyi yolun asfaltlanmasına başlanılıb

Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun Allahyarlı kəndi istiqamətində olan hissəsinin asfaltlanması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 7 yaşayış məntəqəsini əhatə edən 36 kilometrlik sözügedən avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.