CƏMİYYƏT


Erməni vandalizminə məruz qalmış Ağamkənddən görüntülər

Ermənilərin Azərbaycan ərazilərinin işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Ağdamkənd kəndidir.
AZƏRTAC-ın bölgə müxbiri Ağdamkənd kəndinə gedərək erməni vandalizmini lentə alıb. Ağdamkənd kəndi Ağdam şəhərindən 3 kilometr şimal-şərqdə - Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşir.