Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır

06.11.2026 [21:53]

Xəbərin mətni

Cari ilin ilk doqquz ayında dövlət tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində 75 milyondan çox tibbi xidmət göstərilib. Xidmətlərin 88 faizi ambulator, 12 faizi isə stasionar qaydada həyata keçirilib. Bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini Rəşad Məhərrəmov deyib.