İQTİSADİYYAT


Tokioda keçirilən “JFEX-2022” beynəlxalq sərgisi Azərbaycan şirkətləri üçün çox uğurlu oldu

İyunun 22-dən 24-dək Tokionun möhtəşəm “Big Sight” sərgi salonunda təşkil edilən “Japan Food Expo Fair-2022” ( JFEX-2022) beynəlxalq sərgisi Azərbaycan şirkətləri üçün çox uğurlu oldu.Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibədə həmin ölkənin “TET International Development Co.LTD” şirkətinin prezidenti Taro Savada deyib. Yapon iş adamı bildirib ki, sərgidə ölkəmizin “Made in Azerbaijan” brendi ilə tanınan yüksəkkeyfiyyətli, rəqabətədavamlı və orqanik məhsulları həm bu gündoğar ölkənin, həm də Asiya regionunun şirkətləri tərəfindən böyük maraqla qarşılandı.