Azərbaycan Dövlət İnformasiya Agentliyi

Berlində “Şuşa İli” çərçivəsində muğam konserti və sərgi təşkil edilib

28.06.2022 [15:57]

Xəbərin mətni

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən “Şuşa İli” çərçivəsində Berlində muğam konserti və sərgi, habelə ziyafət təşkil olunub. Tədbir Berlində Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Şuşa şəhəri və onun xalqımızın tarixi və mədəniyyətindəki xüsusi yeri barədə məlumat verib.