CƏMİYYƏT


Kəlbəcər rayonunun Quzeyçirkin kəndi

Kəlbəcər rayonunun Quzeyçirkin kəndi dağətəyi ərazidə yerləşir.Kənddə əkinçilik və heyvandarlıq inkişaf etmişdi.Bu kənd Azərbaycanda uzunömürlü insanların ən çox yaşadığı kəndlərdən biri olub. Həmçinin yaylaqları və buz bulaqları ilə tanınıb.
1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində məğlub olan Ermənistan həmin il noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu müqaviləyə əsasən Ermənistan hərbçiləri noyabrın 25-də Kəlbəcər rayonunu, o cümlədən Quzeyçirkin kəndini tərk edərək Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.