Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb

02.07.2022 [11:02]

Xəbərin mətni

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Füzuli rayonuna gələn nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.