CƏMİYYƏT


Türk dövlətləri azad olunmuş ərazilərin aqro-ərzaq sistemlərinin inkişafı üçün əməkdaşlığa dəvət edilib

Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib. Tədbir Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində təşkil olunub.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər. Tədbirdə türk dövlətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək, birgə layihələr həyata keçirmək imkanları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır