İQTİSADİYYAT


Neftçalalı fermerlər taxıl zəmilərindən bol məhsul götürürlər

Böyük taxılçılıq rayonlarından olan Neftçalada taxıl biçini uğurla davam etdirilir. Yüksək məhsuldar toxum növləri əkən neftçalalı fermerlər sahələrdən bol məhsul götürürlər.
AZƏRTAC xəbər verir ki, Neftçala respublika üzrə ən çox taxıl əkini aparılan rayonlardan biridir. Artıq demək olar ki, rayonun taxıl sahələrində biçin yekunlaşmaq üzrədir. Biçin kampaniyasının vaxtında başa çatdırılmasını təmin etmək, habelə məhsul istehsalçılarına əməli kömək göstərmək məqsədilə bütün zəruri işlər görülüb.