İQTİSADİYYAT


Sabirabadda pambıq tarlasına ziyanvericilərə qarşı Brakon tüfeylisi buraxılıb

Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstutunun birgə təşkilatçılığı ilə "Pambıq sahələrində pambıq ziyanvericilərinə qarşı mübarizə tədbirləri" mövzusunda təlimlər davam etdirilir. Növbəti belə görüş Sabirabad rayonunda gerçəkləşib. Fermerlər mütəxəsislər və alimlər birlikdə tarlada olub, pambığın mövcud vəziyyətinə baxış keçiriblər.