SİYASƏT


Tovuz döyüşləri xalqımızın daha bir qəhrəmanlıq salnaməsidir - AZƏRTAC dövlət sərhədindən xəbər verir

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə növbəti şanlı səhifə kimi yazılan Tovuz döyüşlərindən iki il keçir. Təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını sərt şəkildə aldı.