Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mil-Muğan Hidroqovşağı 5 rayonda əkin sahələrinə xidmət edir

15.07.2022 [13:09]

Xəbərin mətni

Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi Azərbaycan Respublikası və İran İslam Respublikası ərazisində yerləşən 120 min hektar ərazinin suvarılmasına xidmət göstərir. Hidroqovşaq 1972-ci ildən bu günə qədər fəaliyyətini uğurla davam etdirir. İdarənin balansında olan əkin sahələrinin suvarılması üçün 3 kanaldan istifadə olunur. Bunlar Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanallarıdır. Suvarma kanallarında mütəmadi olaraq lildən təmizlənmə işləri aparılır.