Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtın Nərimanov rayonunda Əbdüləzəl Dəmirçizadə küçəsi təmir olunub

25.07.2022 [15:59]

Xəbərin mətni

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində kompleks tədbirlərin icrası davam edir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Xətai prospektinə qədər olan 350 metrlik hissəsində aparılan əsaslı təmir işləri yekunlaşıb.