İQTİSADİYYAT


Biləsuvarda 39 min hektara yaxın əkin sahəsi suvarılır

Biləsuvar Suvarma Sistemləri İdarəsi rayon ərazisində yerləşən 38 min 900 hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Sahələrin 20 min 422 hektarı nasoslar vasitəsilə, 18 min 487 hektarı isə öz axını ilə həyata keçirilir.