İQTİSADİYYAT


Qazaxda əkin sahələrinin suvarılması davam edir

Qazax Suvarma Sistemləri İdarəsi rayonun kənd təsərrüfatı bitkiləri əkilmiş 18 min 911 hektar torpaq sahələrinin suvarılmasına xidmət edir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, bu sahələrin suvarılması üçün beş mənbədən Ağstafaçay, Coğaz çay, İncə su çay, Kür, Xram çayı və su anbarlarından su götürülür.