Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neftçalada 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur

29.07.2022 [15:27]

Xəbərin mətni

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədilə respublikanın yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı-Şorsulu avtomobil yolunun 7-ci kilometrindən ayrılan Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq agentlik tərəfindən 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına başlanılıb.