Gürcüstanda baş vermiş helikopter qəzası nəticəsində səkkiz nəfər həlak olub
30.07.2022 [10:25]
Xəbərin mətni
Gürcüstanın Qudauri bölgəsində baş vermiş helikopter qəzası nəticəsində səkkiz nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, həlak olanların 4-ü ekipaj üzvü, 2-si xilasedici, 2-si isə tibb işçisidir.