Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtda yeni yerüstü piyada keçidi inşa edilir

01.08.2022 [10:48]

Xəbərin mətni

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədi ilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir.
Yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində tikilir.
Layihə üzrə keçidin ümumi uzunluğu 65.4 metr, daxili eni 4.5 metr, aşırım hissəsinin uzunluğu 50.6 metrdir.