İDMAN


Hərbi liseyin 50 illik yubileyinə həsr edilən Azərbaycan kuboku uğrunda futbol yarışları başa çatıb

Müdafiə Nazirliyinin dəstəyi, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə C.Naxşıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr edilən futbol üzrə Azərbaycan kubokunun final mərhələsi keçirilib.Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.