Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın vaxtlarda istifadəyə verməyə hazırlaşır

02.08.2022 [16:28]

Xəbərin mətni

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov avqustun 2-də Kahramanmaraşda “Do Cotton Group” şirkətində olaraq buradakı istehsal prosesinin vəziyyəti ilə tanış olub.