İDMAN


“Neftçi” klubu Bakıda “Rapid”i məğlub edib

Bakının “Neftçi” futbol klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın komandası Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib.
Xorvatiyalı FIFA referisi Dario Belin idarə etdiyi matçda "Neftçi" rəqibini 2:1 hesabı ilə məğlub edib. Bakı təmsilçisinin heyətində Ataa Caber və Kenni Sayef fərqləniblər. Rəqib komandanın qolunu isə Qvido Burqştaller vurub.