Prezident İlham Əliyev Avstriyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
05.08.2022 [14:11]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.