Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdama köçən şəhid anası: Oğlumun gedə bilmədiyi torpaqlara mən qayıdıram

30.10.2026 [10:17]

Xəbərin mətni

Bu gün növbəti köç yola salınıb. Ağdama köç edən sakinlər arasında şəhid anası Həcər Bağırova da var. O, Vətən müharibəsində şəhid olan oğlu Elçin Bağırovun xatirəsini qəlbində yaşadaraq doğma torpağa qayıdır.