İQTİSADİYYAT


H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri yekunlaşır

Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri yekunlaşdırılma mərhələsindədir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, H.Z.Tağıyev–Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 kilometrdir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 metrdən 23-26 metrə, hərəkət hissəsinin eni isə 7-10 metrdən 15 metrə qədər genişləndirilib.