İDMAN


Çövkən oyunu üzrə Şuşa kuboku turnirinin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turnirinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil edilən yarışın qalibinə, eləcə də ikinci və üçüncü yerin sahibinə kubok və medalları ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib.