İDMAN


Azərbaycanın ağırlıqqaldıranı Nazilə İsmayılova V İslamiadada bürünc medala sahib olub

Azərbaycanın ağırlıqqaldıranı Nazilə İsmayılova Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Oyunlarda 45 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 54 kiloqramlıq nəticə göstərib. Təmsilçimiz təkanla qaldırmada isə 67 kiloqramı başı üzərinə qaldırıb. İki hərəkətin cəmində, 121 kiloqramlıq nəticə göstərən N.İsmayılova bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır