MƏDƏNİYYƏT


Lənkəranda meşə qoynunda şəfa qaynağı

Zəngin təbiəti ilə tanınan Lənkəran şəhəri isti su termal bulaqları ilə də məşhurdur. Yerli sakinlər uzun illərdir Lənkəranın Haftoni kəndi ərazisində meşə qoynunda yerləşən “İbadi istisu” qaynağını müalicə məqsədilə istifadə edirlər.
AZƏRTAC xəbər verir ki, şəhər mərkəzindən 14.5 kilometr aralıda, Talış dağlarının ətəyində yerləşən müalicəvi isti su yerin tərkibindən təbii halda çıxaraq axır.