Hindistanlı nümayəndə: Bakı forumu beynəlxalq əməkdaşlıq və innovasiyalar üçün mühüm platformadır
27.10.2026 [18:32]
Xəbərin mətni
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələrdən olan insanların bir araya gəlməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və innovativ ideyaların mübadiləsi baxımından mühüm platformadır. Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Hindistandan olan nümayəndə Dineş Kumar Kanakaraj VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Sahibkarlar – parçalanmış dünyanın rolu yetərincə qiymətləndirilməyən diplomatları kimi” mövzusunda müzakirələrdən əvvəl deyib.