İQTİSADİYYAT


Zəngilanda çadır tipli kəsim məntəqəsi və səyyar laboratoriya fəaliyyətə başlayıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində istehlakçıların sağlamlığının qorunması, təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, paytaxt və respublikanın müxtəlif regionlarında müasir, standartlara cavab verən stasionar kəsim məntəqələrinin yaradılması təşviq edilir, eləcə də stasionar məntəqələr olmayan ərazilərdə çadır tipli kəsim məntəqələri qurulur.