İQTİSADİYYAT


Abşeron magistral kanalında təmizlik işləri aparılır

Son illər Abşeronda kənd təsərrüfatının inkişafı istiqamətində xeyli iş görülüb. Hər il artan meyvə bağlarının və digər kənd təsərrüfatı bitkilərinin suvarılması Abşeron Suvarma Sistemləri İdarəsi tərəfindən fasiləsiz olaraq yerinə yetirilir. Hazırda idarənin texnikaları vasitəsi ilə suvarmada önəmli yerə malik olan Abşeron magistral kanalında lildən və yosunlardan təmizləmə işləri həyata keçirilir.