İQTİSADİYYAT


Firdovsi Ağaşirinov: Aqrar Sığorta Fondu risklərin təminatını gələcəkdə də operativ həyata keçirəcək

Bu gün Aqrar Sığorta Fondunun (ASF) fəaliyyətə başlamasından üç il ötür. Aqrar Sığorta Fondunun Nizamnaməsi Prezidentin 2019-cu il 19 avqust tarixli “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanının 2.1.6-cı yarımbəndinə əsasən, Nazirlər Kabinetinin 2019-cu il 11 dekabr tarixli Qərarı ilə təsdiq edilib. Bu günədək ASF-u qarşısına qoyduğu aqrar sığorta sisteminin təşkili, inkişafı və dayanıqlılığı məqsədini uğurlu davam etdirir. Fondun əsas missiyası davamlı biznes inkişafını təşviq edərək kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək və bu sahədə öz öhdəliklərini yerinə yetirməkdir.