Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oğuz-Şəki avtomobil yolunun əsaslı təmiri sona çatır

23.08.2022 [17:56]

Xəbərin mətni

Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük miqyaslı tikinti və bərpa işləri aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə Oğuz-Şəki avtomobil yolunun 34,6 kilometrlik əsas hissəsinin əsaslı təmiri son mərhələdə davam etdirilir. Əsas hissənin 7 kilometri 3-cü texniki dərəcəyə uyğun, 27,6 kilometri isə 2-ci texniki dərəcəyə uyğun şəkildə bərpa edilir.