Sabahdan Sumqayıt sərnişin stansiyası ərazisində avtomobillərin ödənişli əsaslarla parklanması mümkün olacaq
31.08.2022 [16:43]
Xəbərin mətni
Sumqayıt sərnişin stansiyası ərazisində avtomobillərinizi gün ərzində ödənişli əsaslarla park edə bilərsiniz.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, parklanma ərazisi yerüstü və yeraltı olmaqla 2 hissədən ibarətdir.