İQTİSADİYYAT


Tbilisi prospektinin bir hissəsində təmir işləri yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsinin təmirini başa çatdırıb.
Məlumata görə, uzunluğu 1 630 metr təşkil edən həmin hissənin təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyü döşənib, zəruri olan yerlərdə yolgöstərici və yolcizgi xətləri çəkilib.