SİYASƏT


Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.Vətən Müharibəsi Qəhrəmanı şəhid Zaur Nudirəliyev və şəhid Rüfət Əsgərovun xatirələrinə həsr olunan mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eləcə də Heydər Əliyev adına Hərbi İnstitutun şəxsi heyəti iştirak ediblər.