Yasamal rayonu ərazisindəki Tbilisi prospektində təmir işləri yekunlaşıb
05.09.2022 [15:27]
Xəbərin mətni
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Yasamal rayonu ərazisindəki Tbilisi prospektində təmir işləri artıq yekunlaşıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri prospektin Abbasqulu ağa Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər uzunluğu 1630 metr olan hissəsində hər iki istiqamət üzrə aparılıb.