Magistral yolun Quba-Bakı istiqamətində deformasiyaya uğramış 66 kilometrlik hissəsi yenidən qurulur
05.09.2022 [20:07]
Xəbərin mətni
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun (Magistral yolun) Quba-Bakı istiqamətində deformasiyaya uğramış 66 kilometrlik hissəsinin yenidən qurulması işləri sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yolun köhnə örtüyü və əsası qazılaraq çıxarılıb, yeni yol yatağı və yol əsası inşa olunur.