Oğuz-Şəki avtomobil yolunun əsas hissəsi yenidən qurulub
15.09.2022 [18:09]
Xəbərin mətni
Yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Oğuz-Şəki avtomobil yolunun əsas hissəsinin yenidən qurulması işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 34,6 kilometr uzunluğa malik yolun 7 kilometri 3-cü texniki dərəcəyə uyğun, 27,6 kilometri isə 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulub.